12 C
Baku
Wednesday, April 24, 2024

Qarabağda sülhməramlılara başçılıq edəcək dərbəndli general kimdir?

Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.

1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonunda, Çinar kəndində anadan olub.

Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.

Rütsəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.

2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.

Onun ailəli olduğu, 2 qız və 2 övlad atası olması məlumdur.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər