28 C
Baku
Wednesday, July 24, 2024

Qarabağda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub

Azərbaycan ordusunun İşğaldan azad etdiyi torpaqlarda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

“Belə-belə işlər” layihəsi Qarabağda ilk mobil rabitə şəbəkəsinin yaradılması barədə videosüjet hazırlayıb. Videosüjetdə işğaldan azad olunmuş Qarabağımızda ilk mobil rabitə şəbəkəsinin qurulması prosesi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, azad olunmuş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı stansiya qurub.

Eyni zamanda onlar “Şuşa-Ağdam-Kəlbəcər İmplementation Radio” sözlərinin abreviaturası olan “ŞAKİR” stansiyasını, eləcə də Şuşanın mərkəzində “Şuşa” stansiyasını quraraq istifadəyə veriblər.

Nazirlik Qarabağda yeni texnologiya əsasında telekommunikasiya və poçt infrastrukturu quracaq, radio-televiziya yayımını genişləndirəcək, modern sərnişindaşıma xidməti təqdim edəcək, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər