9 C
Baku
Sunday, November 17, 2024

“Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq” – Zaxarova

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib:

“2022-ci ilin oktyabrında Ermənistan Baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunun Azərbaycanın ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yeridilməsi şərtləri ciddi şəkildə dəyişib. 19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə regionu tərk etməsi fonunda sülhməramlıların fəaliyyəti (mövcud şəraitə – red) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya Prezidenti də deyib. Artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılarımıza aid prinsipial məsələlər artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı suala cavabında isə bildirib ki, bu barədə tarix bəlli olan kimi məlumat veriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər