İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində yaradılan Ağdam və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib.
Banker.az xəbər verir ki, bu sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında ümumilikdə 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bildirilir ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin bir çoxu artıq tikinti işlərinə başlayıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onlarında tikinti işlərinə başlamaları nəzərdə tutulur.
Xatırladaq ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 24 rezident və 7 qeyri-rezidentə status verilib.