10 C
Baku
Thursday, December 12, 2024

Qarabağdan qaçanlar Ermənistanda küçələrdə qalır

Ermənistanın əmək və sosial məsələlər naziri Zaruhi Batoyan Dağlıq Qarabağdakı ermənilərin kütləvi şəkildə qaçaraq Ermənistana sığınmasından danışıb.
Erməni nazir özünün “Facebook” səhifəsində insanların narahatlığını ifadə edib.

O bildirib: “Müvəqqəti olaraq Ermənistana köçürülən “Artsax xalqı”nın (Qarabağda yaşayan ermənilər – red) yaşayış problemlərini həll etmək üçün 114 qaynar xətti vasitəsilə əlaqə saxlamaq lazımdır”.

Nazir daha sonra ünvan göstərək qeyd edib ki, Qarabağdan qaçan ermənilər onlar üçün ayrılan yerdə gecələyə bilərlər: “Qeyd etdiyim ünvana müraciət edərək burada gecələyə bilərsiniz. Xahiş edirəm, çaxnaşma yaratmayın”.

Zaruhi Batoyanın statusundan məlum olur ki, Qarabağdan Ermənistana qaçan ermənilər bu ölkədə ciddi problemlə üzləşiblər. Onların bir çoxunun qalmağa yeri və gün ərzində qidalanmaq üçün maddi imkanları yoxdur. Ermənilərin bəziləri yaxınlarının evinə sığınsa da, küçələrdə əlacsız qalanlar da az deyil. İndiki məqamda Qarabağdakı ağır məğlubiyyətdən ayıla bilməyən Ermənistan rəhbərliyini ermənilərin acınacaqlı yaşayışından çox, özünün taleyi düşündürür.

Son xəbərlər
Digər xəbərlər