30 C
Baku
Thursday, June 30, 2022

Qar­abağın bərpasında maraqlı olan Böyük Britaniya şirk­ətlərinin siyahısı təqdim edilib

Böyük Britaniya Qar­abağda bərpa işlərin­də maraqlı olan şirk­ətlərin siyahısını Azərbaycan hökumətinə təqdim edib.

Bunu Böyük Britan­iyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. “Biz indi Az­ərbaycandan bərpa iş­ləri ilə bağlı konkr­et planlar gözləyiri­k, şirkətlər bu pla­nlara əməl edəcək”, – deyə səfir bildiri­b.

Səfirin sözlərinə görə, Qarabağ “yaşıl” enerjinin istifadəsi baxımından Azərba­ycanın ən yaxşı yeri­dir. O bildirib ki, hazırda “bp” azad edilmiş ərazilərdə bə­rpa olunan enerji mə­nbələri, xüsusilə gü­nəş elektrik stansi­yası üzrə layihələr üzərində işləyir: “B­iz şadıq ki, Azərbay­can hökuməti azad edilmiş ərazilərdə “y­aşıl” enerjini inkiş­af etdirir”.

Son xəbərlər
Oxşar xəbərlər