Son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib.
Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, indiyə qədər dövlət büdcəsindən bərpa prosesinə 7 mlrd. dollardan çox vəsait ayrılıb. Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3.4 mlrd. dollardan çox olub.