6 C
Baku
Sunday, December 15, 2024

Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır

Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərinə avtobus reyslərinin açılması ilə bağlı işlərə başlanılıb.

Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

“Daşıyıcıların müəyyən edilməsi üçün müsabiqənin keçirilməsimə dair əmr imzalanıb Müsabiqə Komissiyası yaradılıb. İlkin mərhələdə avtobus reysləri açılacaq bölgələrin də siyahısı məlumdur. Minadan təmizlənmiş ərazilərə gediş-gəlişə tam imkan verdikdən sonra sərnişin daşımaları həyata keçiriləcək. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə Gəncə, Beyləqan və Yevlaxdan sərnişinlər daşınacaq. Birinci mərhələdə, Horadiz, Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilana, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi gözlənilir. Sərnişinlərin böyük istəyini nəzərə alaraq Şuşaya sərnişin daşınmanı I mərhələyə daxil etmişik”, – o qeyd edib

MənbəReport
Son xəbərlər
Digər xəbərlər