16 C
Baku
Friday, April 26, 2024

“Qarabağ”ın bu mövsümdəki gəlirləri açıqlandı

Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə birgə E qrupunda çıxış edəcək “Qarabağ” qrup mərhələsinə keçirdiyi oyunlardan isə 3,76 milyon avro qazanc götürüb.

Təmsilçimiz Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

Avropa Liqasının pley-off mərhələsində “Şerif” səddini aşdığı üçün isə əlavə 2,62 milyon avro əldə edilib.

Qrupda qələbə üçün – 570 min avro

Heç-heçə üçün – 190 min avro

Qrupun qalibi üçün – 1 milyon avro

Qrup ikincisi üçün – 500 min avro

1/16 finalda iştirak üçün – 500 min avro

1/8 finalda iştirak üçün – 1,1 milyon avro

1/4 finalda iştirak üçün – 1,5 milyon avro

1/2 finalda iştirak üçün – 2,4 milyon avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

– Qafqazinfo

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər