6 C
Baku
Sunday, December 15, 2024

Qarabağın iqtisadiyyata qazandırılması qeyri-neft ÜDM-ni 5%-dən çox artıra bilər

Azərbaycanda 2024-2050-ci illərdə orta illik iqtisadi artım 1,7% bəndi daha yüksək ola bilər.

Bunu “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, uzunmüddətli iqtisadi artımın aparıcı qüvvəsi kimi qeyri-neft sektorunda məhsuldarlığın yüksəldilməsi və insan kapitalının inkişafı çıxış edir. Dövlət sərmayələrinin genişlənməsi və investisiyaların səmərəliliyinin artırılması 2030-cu ilə qədər müəyyən səviyyədə artım təmin edə bilər, amma azalan marjinal fayda dövlət investisiyalarının uzunmüddətli artımı şərtləndirən aparıcı qüvvə kimi qalması ehtimalının aşağı olduğunu göstərir.

Vüsal Qasımlı həmçinin qeyd edib ki, işğaldan azad edilmiş rayonların ölkə iqtisadiyyatına gözlənilən uzunmüddətli təsirləri kənd təsərrüfatı üzrə 10,4%, mədənçıxarma sənayesi üzrə 5,3%, emal sənayesi üzrə 4,3%, turizm üzrə 5,5%, nəqliyyat xidmətlərində 4,9%, digər xidmətlər sahəsində isə 1,4% artım olacağı gözlənilir. V.Qasımlı əlavə edib ki, post-konflikt quruculuğu modelinə uyğun olaraq bu təsirlər ÜDM-in formalaşmasında 3%, qeyri-neft ÜDM-nin 5,1% formalaşmasına təkan verə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər