“Qarabağ”ın oyunundan sonra mətbuat üçün maska tələbi qoyulub

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İsveçrə “Sürix”i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər