11 C
Baku
Cümə, Dekabr 3, 2021

“Qarabağın Qara Kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimatı baş tutdu

®Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində PAŞA Həyat şirkətinin dəstəyi ilə “Qarabağın Qara Kitabı” və “Qarabağ – qələbəyə doğru” adlı kitabların təqdimatı keçirilib. 

trend book 031121 1

Yeni nəşrlər Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağın yeni tarixinə həsr olunub və “PAŞA Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.

WhatsApp Image 2021 11 05 at 10.42.27 3

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, əməkdar jurnalist Musa Mərcanlı və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, layihənin önəmini vurğulayıblar. Təqdimatda həmçinin Milli Məclisin deputatları, media nümayəndələri da iştirak ediblər.

WhatsApp Image 2021 11 05 at 10.42.28

Təqdim edilən yeni kitablar əlamətdar olaraq Zəfər ayında Azərbaycanın qədim və füsunkar diyarına – Qarabağa həsr olunub. “Qarabağın Qara Kitabı”-nda Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə, “Qarabağ – qələbəyə doğru” nəşrində isə İkinci Qarabağ Müharibəsi gedişatı və parlaq qələbə ilə azad edilmiş ərazilərin təmizlənməsi və barpası haqda bəhs edilir.

kitab

Qeyd edək ki, PAŞA Həyat şirkətinin dəstəyi ilə ərsəyə gələn Qarabağa aid silsilədən olan öncəki nəşrlər “Qarabağ – əsrlərin salnaməsi”, “Qədim və gözəl Qarabağ” kitablarıdır.

1569 scaled

Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə – Nizami yurdu”, ”Zəfər Salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – Gözəlliyin Sehri” adlı kitablar işıq üzü görüb.

WhatsApp Image 2021 11 05 at 10.42.27 1 WhatsApp Image 2021 11 05 at 10.42.26 WhatsApp Image 2021 11 05 at 10.42.27

Son xəbərlər
Oxşar xəbərlər
X