11 C
Baku
Monday, November 25, 2024

Qarabağın yenidən qurulmasına ayrılan vəsait 9 mlrd. dolları ötəcək

Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2.4 milyard dollar ayrılması nəzərdə tutulur.

SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.

“Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”- Mikayıl Cabbarov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər