10 C
Baku
Friday, October 25, 2024

Qarabaşaq bu il xaricdən 48% ucuz idxal edilir, lakin bazarda qiymətlər 4% düşüb

Azərbaycanın Rusiyadan idxal etdiyi qarabaşaq ötən ilin müharibə şokundan sonra kəskin dəyər qazandığı halda, cari ildə qiymətlər kəskin düşüb. Lakin ölkəyə idxal edilən bu dənli bitkinin dəyəri yerli bazarda heç də o qədər ucuzlaşmayıb.

Məsələn, 2022-ci ilin ilk yarımilində Azərbaycan Rusiyadan qarabaşağın bir tonunu orta ölçüdə 1 125 ABŞ dollarına idxal edilmişdi. Bu ilin müvafiq dövründə isə bir tonun orta ölçüdə idxal qiyməti 590 dollara düşüb. Bu da o deməkdir ki, son bir ildə qarabaşağın Azərbaycana idxalı öncəki ildən 48% ucuz başa gəlir.

Yerli marketlərdə qarabaşağın ucuzlaşma dinamikası, idxal dinamikasından daha azdır. Məsələn, ötən ilin 1 iyulda Dövlət Statistika Komitəsinə görə qarabaşaq yarmasının bir kiloqramı 3.61 manat təşkil edirdisə, bu il 3.42 manata düşüb. Son bir illik dinamikaya baxsaq qarabaşaq 48% ucuzlaşan idxala qarşı cəmi 5% ucuzlaşıb.

Qeyd edək ki, Azərbaycanda istehlak edilən qarabaşağın 99%-i Rusiya Federasiyasından gətirilir. Cari ilin ilk yarısında 5.67 min ton və ya $3.35 milyon dəyərində qarabaşaq idxal edilib. Ötən il isə 5.38 min tonluq qarabaşaq üçün $6.05 milyon xərc çəkilmişdi.

Ötən il qiymət artımları demək olar ki, bütün dənli bitkiləri əhatə edirdi. Ölkənin ən çox idxal etdiyi yumşaq buğdanın bir tonu da 359 dollardan baha idi. Cari ildə isə qiymətlər 295 dollara qədər düşdü. Nəticədə ölkədə unun və istehlak edilən çörəyin qiyməti azalmışdı.

Son xəbərlər
Digər xəbərlər