Azərbaycan İnvestisiya Şirkəti ASC, Caspian HDG MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış Elecnor şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter səhifəsində paylaşım edib.