Qaradağa polis rəisi təyin edildi

Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkəni, bir ay öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbalıyevin yerinə təyinat olub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğludur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.