15 C
Baku
Friday, March 29, 2024

“Qaralama metodu” və ya tənbəlliyin öhdəsindən gəlməyin yolu

Vacib işləri sonraya saxlamaq – hər bir insana xas olan davranış formalarından biridir. Əgər tənbəlliyin öhdəsindən gəlmək istəyirsinizsə, sizə Qərb dünyasında “first shitty draft” adını qazanmış metoddan istifadə etməyi tövsiyə edirik.

 “Qaralama metodu” nun mahiyyəti nədən ibarətdir?

Düzü, “qaralama metodu” ilk olaraq rəsm çəkmə və yazıçılıq sahəsində istifadə olunmağa başlamışdır. Buna baxmayaraq, siz bu metoddan həyatınızın demək olar ki, bütün fəaliyyət sahələrində istifadə edə bilərsiniz.

Hər hansısa işdən yayınmaq istəyini hiss etdikdə, özünüzü bu işin ən pis versiyasını – ilk qaralamanızı tutmağa razı salın. “Qaralama metodu” lazımsız mükəmməlliyi aradan qaldırır və insana “heç olmasa nəsə” etməyə kömək edir.

“Qaralama metodu” necə işləyir?

Siz bu və ya digər işi təxirə salmaq əvəzinə, onu “pis-yaxşı” yerinə yetirməyə çalışırsınız. Daha sonra isə gün ərzində “qaralamalara” yenidən qayıdaraq, onları təkmilləşdirirsiniz. İnsanların bir çoxu işə başladıqdan sonra motivasiya olurlar.

Qeyd edək ki, “qaralama metodu” eyni zamanda təqdimatlar üçün də effektivdir. Uğurlar!

Son xəbərlər
Digər xəbərlər