Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, “Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.