12 C
Baku
Monday, November 18, 2024

Qarğıdalı yağı bu il ölkəyə 7% baha gətirildiyi halda, yerli bazarda 26% baha satılır

Azərbaycan xaricdən idxal etdiyi qarğıdalı yağları ötən illə müqayisədə bu il 5-7% arasında bahalaşdığı halda yerli bazarda bahalaşma faizi ikirəqəmlidir.

Banker.az xəbər verir ki, cari ilin ilk rübündə orta statistik olaraq xam qarğıdalı yağının hər tonuna Azərbaycanın idxal xərci $1 564 olub. Bu isə 2021-ci ildə hər tona $1 466  təşkil edirdi. Beləliklə, bu yağ üzrə ölkənin ixrac xərci 7% artmış olub.

Hazır qarğıdalı yağının hər tonu üzrə qiyməti isə orta ölçüdə 2022-ci ilin birinci rübündə $2 030 olub, bu 2021-ci ildə $1 932 idi. Bu isə cəmi 5% artımdır.

Banker.az Dövlət Statistika Komitəsinin əsas istehlak indeksində hesablanan bu duru yağın hər litri 2021-ci ilin birinci rübündə 5.03 manata satıldığı halda 2022-ci ilin eyni dövründə bu rəqəm 6.07 manata yüksəlib. Bu da illik müqayisədə 21% artımdır.

231231232132133313

8787

Son xəbərlər
Digər xəbərlər