8 C
Baku
Monday, November 18, 2024

“Qarşıdakı iki ildə qlobal inflyasiya azalacaq” – BVF

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

BVF-nin məlumatına görə, qlobal iqtisadi artım 2022-ci ildə təxmin edilən 3.4 faizdən 2023-cü ildə 2.9 faizə düşəcək. Bu proqnoz Fondun 2022-ci ilin oktyabr proqnozundan 0.2 faiz bəndi çoxdur.

Beynəlxalq Valyuta Fondu 2024-cü ildə isə iqtisadi artımın 3.1 faizə yüksələcəyini proqnozlaşdırılıb. Bu göstərici isə 2000-2019-cu illərdəki orta iqtisadi artım göstəricisindən (3.8%) aşağıdır.

Qeyd edilib ki, inflyasiya və Rusiyanın Ukraynadakı müharibəsi ilə mübarizə aparmaq üçün mərkəzi bankların faizləri artması iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Çində COVID-19-un sürətlə yayılması 2022-ci ildə artımı zəiflətdi, lakin son yenidən açılım baş verib.

Beynəlxalq Valyuta Fondu qlobal inflyasiyanın 2022-ci ildəki 8.8 faizdən 2023-cü ildə 6.6 faizə və 2024-cü ildə 4.3 faizə düşəcəyini proqnozlaşdırıb. Bununla belə, proqnoz hələ də pandemiyadan əvvəlki (2017-19) orta inflyasiya göstəricisindən (3.5 faiz səviyyəsindən) yuxarı olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər