Neftin qiymətləri ABŞ-ın neft anbarlarında qasırğa səbəbindən gözləniləndən daha tez boşalması ilə bağlı rəsmi sənaye rəqəmləri ilə 1% bahalaşmalı oldu.
Noyabr fyuçerslərində Bakı vaxtı ilə 08:50 radələrinə Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 0.91% bahalaşma ilə 75.04 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin barreli isə 1.02% yüksəlişlə 71.21 dollara qədər bahalaşmalı olub.
Çinin əmlak şirkəti “China Evergarnd Group”un mümkün defolt xəbəri də neft bazarında təchizat ilə bağlı əlavə təzyiqlər yaratmaqdadır.
Amerika Neft İnstitutunun çərşənbə axşamına açıqladığı hesbata görə, ABŞ-ın neft anbarlarında ehtiyatda olan yancağın həcmi həftə ərzində 6.1 mln. barrel azalıb.
İndi bazarlar isə ABŞ-ın EIA-nın (Energy Information Administration) anbarlarda olan neft ehtiyatkarındakı böyük enişin təsdiqini gözləyir.