15 C
Baku
Saturday, October 19, 2024

“Qatar Airways” bu günə olan Doha-Bakı-Doha aviareysini ləğv edib

Yanvarın 10-da həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.

Banker.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin Doha vaxtı ilə saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Son xəbərlər
Digər xəbərlər