17 C
Baku
Friday, September 27, 2024

Qatar biletlərini endirimlə necə ala bilərik?

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir.

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər maksimum 15% endirimdən yararlana biləcəklər. Bu da o deməkdir ki, sərnişinlərin sürətli qatarlarla Ağstafaya 14,5 AZN, Qəbələyə isə 12 AZN-ə bilet əldə etmək şansı var.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb.

Mənbəqafqazinfo
Son xəbərlər
Digər xəbərlər