13 C
Baku
Thursday, November 27, 2025

Qatarın gəldiyini göstərən sistem nə vaxtdan tam tətbiq olunacaq?

“Bakı Metropoliteni” QSC tərəfindən bir müddət öncə bəzi stansiyalarda metroda qatarın neçə dəqiqəyə gələcəyini göstərən elektron tablolar quraşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hazırda qurulmaqda olan sistem üzrə işlər davam etdirilir və bu proses bir neçə mərhələdən ibarətdir.

Layihə ilə bağlı texniki sazlama, inteqrasiya və test işləri paralel aparıldığı üçün tamamlama işlərinin qarşıdakı dövrdə yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə elektron tablolarda yalnız qatarın getdiyi müddət əks olunurdu.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər