“Əgər sərnişin qatarın gecikməsi səbəbindən iş yerində problem yaşayıbsa, vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış ala bilər”.
Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev deyib.
“Qatarların gecikməsinə görə sərnişinlərə arayış verilməsi prosesi uzun müddətdir ki mövcuddur. Arayışda qatarın gecikmə müddəti qeyd olunur və vağzal növbətçisi tərəfindən imzalanaraq möhürlənir”, – o əlavə edib.
Bəxtiyar Hacıyev bildirib ki, sui-istifadə hallarının qarşısını almaq üçün arayış məhz gecikmənin baş verdiyi gün alınmalıdır.