17 C
Baku
Wednesday, October 16, 2024

Qatı duman səbəbindən gəmilərin Bosfor ilə tranziti dayandırılıb

Türkiyənin Nəqliyyat Nazirliyi Bosfor boğazından hər iki istiqamətdə gəmilərin tranzitinin dayandırıldığını bildirib. Qeyd olunur ki, 100-dən çox gəmi hazırda növbə gözləyir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Oktyabrın 16-da səhər saatlarında İstanbul üzərində əmələ gələn qatı duman səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Bosfor – Avropa və Kiçik Asiya arasında Qara dənizi Mərmərə dənizi ilə birləşdirən boğazdır. İstanbul onun hər iki tərəfində yerləşir. Uzunluğu təxminən 30 km, eni isə 3700 m təşkil edir, hər il buradan 40 mindən çox gəmi keçir.

Son xəbərlər
Digər xəbərlər