10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Qax Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb

Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmişdir.
İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilmişdir.

Son xəbərlər
Oxşar xəbərlər
X