Qax, Şəki, Samux rayonları ərazisində, Axar–Baxar silsiləsinin ətəyində yeni milli parkların yaradılması ilə bağlı artıq işlərə başlanılıb. Hazırda xəritələrin dəqiqləşdirilməsi işləri aparılır.
Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.
O, həmçinin bildirib ki, İlisu Dövlət Qoruğunun Milli Park statusunda fəaliyyətini davam etdirməsi ilə bağlı da işlər görülür.