9 C
Baku
Saturday, April 13, 2024

Qayda pozuntularına görə 15 vəzifəli şəxs cərimələndi

Sənayedə və dağ-mədən işlərində texniki müayinələr zamanı müəyyən edilmiş 16 qayda pozuntusunda inzibati xətanın əlamətləri aşkar olunduğu üçün 1 hüquqi və 15 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Bu barədə FHN-in 2023-cü ilin birinci rüb ərzində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində təhlükə potensiallı obyektlərdə istismar olunan 1894 qurğu və avadanlıq üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri təsdiq olunub və həmin qurğu və avadanlıqlar texniki təhlükəsizlik serifikatları ilə təmin edilib.

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış 18 təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannamələri üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri müvafiq qaydada Agentlik tərəfindən təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər