5 C
Baku
Monday, December 16, 2024

Qaydaları pozan hotel cərimələndi

Oğuz şəhəri, 20 Yanvar küç., ev 31 ünvanında fəaliyyət göstərən, “AFRA LTD” MMC-yə məxsus hoteldə keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Bildirilib ki, müəssisədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulduğu, masalararası və oturacaqlararası məsafəyə riayət olunmadığı, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, işçi personalın fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun istifadə etmədiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər