28 C
Baku
Saturday, July 27, 2024

Qaz ixracının nəqlindən yerli şirkətlər ₼1.26 milyard gəlir əldə ediblər

Azərbaycanın təbii qaz nəql edən şirkətləri 2023-cü ilin 1-ci yarısında 1 milyard 261.25 milyon manat həcmində gəlir əldə ediblər.

Banker.az xəbər verir ki, bu da öncəki ilin eyni dövründən 9.5 faiz çoxdur.

2023-cü ilin ilk yarısında təbii qaz ixracatçıları 20 milyard 273.1 min kub-metr həcmində təbii qaz ixrac ediblər. Bu barədə Dövlət Statistika Komitəsinin məlumat verib.

Təbii qazın 10 milyon 915.1 min tonu Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə həyata keçib. Bu da illik 6.6 faiz artıb.

Qeyd edək ki, 2023-cü ilin ilk yarımilinin sonuna qaz kəmərində çalışan işçilərin sayı 1 608 nəfər olub. 2022-ci ildən 29 faiz azalmadır.

Son xəbərlər
Digər xəbərlər