12 C
Baku
Saturday, November 23, 2024

Qaz qiymətləri ‘qaza gəlir’

Təbii qaz ABŞ-da 2008-ci ildən bəri ilk dəfə olaraq bir milyon 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) 9 dolları ötüb və tədarük böhranı ilə bağlı narahatlıqların gücləndiyi bir rallini uzatdı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 17:33 radələrində təbii qazın Nyu-Yorkun NYMEX birjasında 1 mln. BTU-nun qiyməti 9.286 ABŞ dolları təşkil edib. Bu da sessiya ərzində 5.09% bahalaşma deməkdir.

ABŞ-da ixrac rekord həddə çatdığından və şist hövzələrindən hasilat zəif olaraq qaldığından, istilik və elektrik stansiyaları yanacağının ehtiyatları ilin bu vaxtı normadan aşağı qalır.

ABŞ-ın Qərb sahilindəki quraqlığın hidroenerji istehsalının qarşısını alacağı, Şərqdə daha isti hava proqnozlarının kondisioner və təbii qaza tələbatı artıracağı gözlənilir.

Avropa və Asiyada alıcıların ABŞ-dan LNG təbii qaz tədarükü üçün böyük tələb yaranıb. Ukrayna müharibəsi ilə daha da ağırlaşan enerji böhranı səbəbindən qazın qiymətləri qlobal miqyasda yüksəlməkdədir.

Davamlı qaz rallisi adətən ABŞ elektrik stansiyalarını daha ucuz kömürə kütləvi şəkildə keçməyə sövq edərdi, lakin ekoloji və iqtisadi təzyiqlərə görə bir çox kömür zavodu bağlanıb. Nəticə budur ki, təbii qazın hasilatında struktur defisti mövcudluğu var və bu qiymətlərin yüksək həddə qalmasını dəstəkləyir.

photo 2022 05 25 17 46 57

Son xəbərlər
Digər xəbərlər