3 C
Baku
Tuesday, February 27, 2024

Qaz sayğaclarının balansını mobil telefonla doldurmaq mümkün olacaq

Azərbaycanın mobil operatoru “Bakcell” MMC “Azəriqaz” İstehsalat Birliyinə smart tipli qaz sayğaclarında GSM-modulların tətbiq olunması ilə bağlı texniki təkliflərini təqdim edib.

Bu barədə Trend-ə “Bakcell”dən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, bu layihə iqtisadi əhəmiyyət daşıyır, çünki bu, kommunal operatora xərcləri azaltmaq və vəsaitlərə qənaət etməyə imkan verir. Bu, həmçinin abonentlərə qazın istehlakı üzrə xərclərə nəzarət etməyə və balansı yeniləməyə imkan verəcək:
“Hazırda “Azəriqaz”a təqdim olunan təkliflər baxılma mərhələsindədir. Bu cür vasitə “Azərenerji” ilə birgə reallaşdırılır. Balansın sıfırlanmasından sonra elektrik verilişi dayandırılır və yalnız yeniləndikdən bir neçə dəqiqə sonra işə düşür.”

Son xəbərlər
Digər xəbərlər