Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə həyata keçiriləcək.
Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib.
O qeyd edib ki, bu istiqamətdə İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir.
İB-nin nümayəndəsi onu da nəzərə çatdırıb ki, son bir il ərzində ölkə üzrə ümumilikdə 66 min 106 yeni əhali abonenti qeydiyyata alınıb.