Fərdi yaşayış evlərinin qaz xəttlərinin yerdəyişməsi ilə bağlı müraciətlər üzrə dəyişiklik edilib.
Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev məlumat verib. O bildirib ki, abonentlər bu tip məsələlərlə bağlı SOCAR “Azəriqaz” İB-nə deyil, regionlar üzrə “ASAN xidmət”, Bakı şəhəri üzrə isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edəcəklər.