Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsiüzrə Nümayəndəliyi “Göygöl Tikinti” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Qazax şəhərində abadlıq işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 972.101,69 AZN təşkil edir.
Bildirək ki, “Göygöl Tikinti” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi isə Anar Tağıyevdir.