Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Qazax şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, Binaliyev Soxrab Saxroddinoviçə məxsus baytarlıq aptekində keçirilən yoxlama zamanı bu sahədə normativ hüquqi sənədlərin tələblərinin pozulduğu, həmçinin son istifadə tarixi bitmiş baytarlıq preparatlarının satıldığı aşkar edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb.
Araşdırmalar davam etdirilir.