21 C
Baku
Saturday, May 4, 2024

Qazaxda şadlıq sarayı cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Qazax rayonu, Daş Salahlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məşədiyev Röşən İsmayıl oğluna məxsus “İsmayıl” şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarına əməl edilmədiyi, normadan artıq qonaq qəbul olunduğu müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq  müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər