8 C
Baku
Sunday, November 17, 2024

Qazaxda vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün işləməyəcək

14 saylı Ərazi Vergilər İdarəsinin Qazax rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 21.10.2022-ci il tarixdən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidməti göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağı, gələcəkdə vaxta qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyi tövsiyə edir.

Əlavə olaraq bildirilir ki, Qazax rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün 14 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası), (iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Tovuz şəhəri, Abulbəyli kəndi (Nizami klubunun yanı ) (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi, (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi (“Kapital bank”ın filialının yanı), (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər