2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır

Qazaxıstan 2026-cı ilin ortalarında “Kaşaqan” yatağında “GPC İNVESTMENT LLP” şirkətinin illik layihə gücü təxminən 1 milyard kubmetr olan qaz emalı zavodunu istifadəyə verməyi planlaşdırır.

Qazaxıstan hökumətinin mətbuat xidməti bu barədə “GPC Investment” şirkətinin rəhbəri vəzifəsini icra edən Berik Abışevə istinadən bildirib.

“Zavodun ətrafındakı infrastruktur hazırdır. Layihəmiz 2026-cı ilin ortalarında işə salınacaq”, – o qeyd edib.

Məlumatda bildirilib ki, zavodun istifadəyə verilməsi ölkənin regionlarını əlavə həcmdə qazla təmin etməyə imkan verəcək: “Hökumət başçısı müəssisənin tikintisinin sürətləndirilməsi ilə bağlı göstəriş verib”.

Son xəbərlər
Digər xəbərlər