Qazaxıstan 2030-cu il üçün neft hasilatını 104,2 mln. tona çatdıracaq ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 21,6% çoxdur.
Bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzəqaliyev bildirib.Onun sözlərinə görə, 2021-ci ilin sonuna neft hasilatının 85,7 mln. tona, ixracın 67,6 mln. tona çatacağı gözlənilir.
“Plana əsasən, ölkədə neft hasilatı 2030-cu il üçün 104,2 mln. tona çatacaq”, – M. Mirzəqaliyev qeyd edib.
#
Emil İsmayılov