9 C
Baku
Sunday, November 17, 2024

Qazaxıstan 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 0,9 milyon ton təşkil edib.

Bu barədə Qazaxıstanın Energetika Nazirliyinin məlumatında bildirilib.

“Bu ilin 8 ayı ərzində BTC ilə 0,9 milyon ton neft nəql edilib”, – məlumatda bildirilib.

Nazirlikdən qeyd olunub ki, ümumilikdə cari ildə 1,5 milyon ton Qazaxıstan neftinin BTC ilə sonrakı ixracı üçün Aktau limanından Bakıya tədarükü planlaşdırılır.

“Danışıqlar nəticəsində Azərbaycan tərəfi qəbul edilən Qazaxıstan neftinin həcmini ildə 2,2 milyon tona çatdırmağa hazır olduğunu bildirib”, – məlumatda vurğulanıb.

Xəbər verildiyi kimi, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik həcmi 1,5 milyon ton olan neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə bağlanılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər