25 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstan 9 Mayda hərbi parad keçirməkdən imtina edib

Qazaxıstan bu il Qələbə Günü paradını keçirməyi planlaşdırmır, bu barədə çərşənbə günü respublikanın müdafiə nazirliyinin mətbuat xidməti bildirib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, Qazaxıstan 2020-2021-ci illərdə də parad keçirməyib, lakin bu, koronavirusla bağlı vəziyyətlə əlaqəli olub.

Eyni zamanda, mətbuat xidmətinin qeyd etdiyi kimi, ölkədə hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi də nəzərdə tutulur. Ümumilikdə Müdafiə Nazirliyi respublikanın bütün bölgələrində 50-yə yaxın müxtəlif tədbir təşkil etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər