Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
“Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir”, – deyə Aeroportdan bildiriblər.
Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də, saat 21:50-də əks istiqamətdə uçmalı idi.