9 C
Baku
Monday, November 18, 2024

Qazaxıstan Azərbaycan ərazisi ilə neft nəqlini 2 dəfə artırıb

Cari ilin yanvar ayında Qazaxıstan neftinin Aktau limanından ixracı 287 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 76 min ton və ya 36% çoxdur.

Bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, hesabat dövründə Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcmi 60 min ton artaraq (iki dəfdən çox artıb) 116 min tona çatıb.

Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 171 min ton neft göndərilib (17 min ton artıb).

Xatırladaq ki, ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur. 2023-cü ildə Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5.5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1.5 mln. ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər