15 C
Baku
Thursday, May 2, 2024

Qazaxıstan Azərbaycan vasitəsilə neft ixracını 3 milyon tona çatdıracaq

Qarşıdakı illərdə Qazaxıstan Transxəzər marşrutu ilə Azərbaycan vasitəsilə neft ixracının həcmini 3 milyon tona çatdıracaq.

Ötən il Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına 1 milyon ton neft ixrac edib. Cari ildə isə Qazaxıstan Transxəzər marşrutu ilə 1.5 milyon ton neft ixrac etməyi planlaşdırır ki, gələcək illərdə ixracın həcmini 3 milyon tona çatdırsın.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Transxəzər marşrutu ilə neft ixracının həcminin artırılması barədə tapşırıq vermişdi. Həmin il Qazaxıstanın “KazMunayQaz” və Azərbaycan SOCAR şirkətləri arasında “Tengiz” yatağından hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan qaz boru kəməri ilə nəql olunması haqqında müqavilə imzalanıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər