21 C
Baku
Friday, September 20, 2024

Qazaxıstan Azərbaycana birgə qaz layihələrinin həyata keçirilməsi imkanlarını araşdırmağı təklif edir

Qazaxıstan Azərbaycan və Mərkəzi Asiya regionunun digər ölkələri ilə qaz sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.

Bunu ölkənin energetika naziri Almasadam Satkaliyev deyib.

Nazir bu gün Astanada Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında çıxışı zamanı xatırladıb ki, Qazaxıstan hazırda Azərbaycan və Özbəkistanla “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində qlobal layihə həyata keçirməyə başlayır.

O əlavə edib ki, ölkə Qırğızıstan və Özbəkistanla Kambarata SES-1 irimiqyaslı su elektrik stansiyasının tikintisini də fəal şəkildə müzakirə edir.

“Bununla əlaqədar olaraq mən region dövlətləri ilə xüsusilə qaz sahəsində analoji layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – A.Satkaliyev bildirib.

Onun sözlərinə görə, bu gün Mərkəzi Asiya ölkələri enerji resurslarının təchizatında sabitliyin qlobal şəkildə pozulması, neft və qaz qiymətlərinin dəyişməsi və digər çağırışlarla üzləşir.

“Enerji təchizatının etibarlılığını təmin etmək üçün bu çağırışların proqnozlaşdırılması və idarə edilməsi ilə bağlı mexanizmlər hazırlanmalı, həmçinin ölkələrimiz arasında əməkdaşlıq gücləndirilməlidir”, – qazaxıstanlı nazir təklif edib.

O həmçinin həmkarlarını enerji ticarəti imkanlarını genişləndirməklə əməkdaşlığı gücləndirmək üçün işlərini aktivləşdirməyə, eləcə də aşağı karbonlu istiqamətin inkişafını, karbon neytrallığına nail olmağı və mərhələli enerji keçidini təmin etməyə çağırdı.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər