13 C
Baku
Monday, November 3, 2025

Qazaxıstan Azərbaycana taxıl tədarükünü üç dəfə artırıb

2025-ci ilin sentyabr-oktyabr aylarında Qazaxıstan 2 milyon ton yeni yığılmış taxıl ixrac edib.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ötən ilin analoji dövründə bu rəqəm 1,8 milyon ton təşkil edib ki, bu da ixracın sabit artımını nümayiş etdirir.

Azərbaycana ixracın artımı xüsusilə diqqətəlayiq olub; tədarükün həcmi 3,1 dəfə artaraq 18 min tondan 56 min tona çatıb. Bununla yanaşı, Özbəkistana (42%), Qırğızıstana (2,6 dəfə), Əfqanıstana (42,5%) və Türkmənistana (2,3 dəfə) ixrac da əhəmiyyətli dərəcədə artıb.

Məlumatda qeyd olunur ki, taxıl ixracının artması Qazaxıstanın beynəlxalq bazarlarda möhkəmlənən mövqeyini və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artdığını göstərir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər