Azərbaycan 2023-cü ilin birinci yarısında Qazaxıstana ixrac etdiyi minik avtomobillərinin sayını kəskin artırıb.
Banker.az xəbər verir ki, ölkədən Mərkəzi Asiya ölkəsinə 27.5 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilib. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2022-ci ilin ilk altı ayında Azərbaycandan Qazaxıstana 10 minik avtomobil ixrac edildiyi halda, bu rəqəm cari ildə 402 ədədə yüksəlib.
Qazaxıstana ixrac edilənlərdən 208 ədədi mühərrik həcmi 1500-3000 kub-sm olan benzin mühərrikli minik avtomobilləri olub.
İkinci ən çox ixrac edilən isə 109 ədəd olan mühərrikinin həcmi 2500 kub sm-dən çox olan dizel minik avtomobilləri olub.
Azərbaycandan Qazaxıstana minik avtomobili ixracı |
||
Növü | Say, ədəd | Dəyər, min $ |
1500-3000 kub sm olan, benzin mühərrikli | 208 | 11382.2 |
3000 kub sm-dən çox olan, benzin mühərrikli | 5 | 445 |
1500-2500 kub sm olan, dizel mühərrikli | 47 | 2367.9 |
2500 kub sm-dən çox olan, dizel mühərrikli | 109 | 10121.95 |
Hibrid, xarici mənbədən enerji qəbul edə bilməyən | 22 | 1776.1 |
Hibrid, xarici mənbədən enerji qəbul edə bilən | 10 | 1343.2 |
e-Karlar | 1 | 45 |
CƏMİ | 402 | 27481.35 |