2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan Azərbaycanla neftin nəqli variantları üzrə danışıqları davam etdirir

Qazaxıstanın “KazMunayQaz” (KMG) neft-qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neftin nəqli variantlarının həyata keçirilməsi üzrə danışıqları davam etdirir.

“Qazaxıstan neftinin ixrac marşrutlarının daha da şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Energetika Nazirliyi və “KazMunayQaz” Azərbaycan tərəfi ilə Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli məsələləri üzrə danışıqlara başlayıb”, – deyə bu ölkənin Energetika Nazirliyi xatırladıb.

Nazirlikdən bildiriblər ki, hazırda “KazMunayQaz” SOCAR və Qazaxıstan neft şirkətləri ilə neftin nəqlinin müxtəlif variantları ilə bağlı danışıqları davam etdirir.

Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Bolat Akçulakov bildirmişdi ki, Azərbaycan ərazisindən yalnız az miqdarda neftin nəqli imkanları nəzərdən keçirilir: «Xəzər dənizi vasitəsilə Azərbaycana müəyyən həcmdə neftin göndərilməsi məsələsi texniki məsələdir və söhbət hansısa böyük həcmdə daşınmalarda deyil, bizdə neft hasilatının artımı nəticəsində ola biləcək bəzi izafi həcmlərdən gedir”.

Xatırladaq ki, iyulun əvvəlində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz”a Qazaxıstan neftinin tədarükünü şaxələndirmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsi üçün ən optimal variantların işlənib hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir. Hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutu Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemidir. Bu, boru kəməri ilə vurulan həcmin 80 %-dən çoxunu təşkil edir. Kəmərin gücü ililk 67 milyon ton neftdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər